Rusiya Ka-62 çoxməqsədli helikopterin modelini təqdim edib – FOTO

“Russian Helicopters” şirkəti Ka-62 yeni çoxməqsədli helikopterin modelini təqdim edib. Bu barədə “AzeriDefence”yə “Russian Helicopters” şirkətindən məlumat verilib.Helikopterin modeli Moskvada ötən gün işə başlamış “HeliRussia 2012” sərgisində təqdim olunub.

“Biz Rusiya aviasiya bazarının iştirakçılarına Ka-62 yeni çoxfunksiyalı helikopterin layihəsini təqdim etməyə şadıq”, – deyə “Russian Helicopters” şirkətinin baş direktoru Dmitri Petrov deyib.

Yeni helikopter özündə Rusiya helikopterlərinin ənənəvi xüsusiyyətlərini cəmləşdirir. Etibarlı və idarə etməsi sadədir. Ka-62 hazırlaması zamanı xüsusi diqqət keyfiyyətə, zərərsizlik və istismarın yüksəldilmiş əlverişliliyinə ayrılıb.

Ən yeni texnologiyaların və müasir materialların tətbiqi ilə yaradılan Ka-62-nin vintlərin və planerin tiyələrinin 50%-dən çoxunun polimer kompozisiya materiallarından hazırlanması planlaşdırılır.

Təqdim edilmiş variantda helikopter fransız “Turbomeca” şirkətinin istehsalı olan, 1680 at gücünə malik iki turbo vallı “Ardiden 3G” mühərriki ilə təchiz edilə bilər. Bundan başqa, helikopter elektron-rəqəmli idarə sisteminə və “Tranzas şirkətinin istehsalı olan “şüşə kabinə”yə malik olacaq.

Ka-62 yüklərin, təcili tibbi yardımın, hava işlərinin həyata keçirilməsi, müşahidə əməliyyatları üçün nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya Helikopterləri şirkəti HeliRussia 2012 sərgisində Mi – 8/17, Ka-32A11BC, Mi-26T2, “Ansat”, Ka-226T, Mi-28NE “Gecə Ovçusu”, Ka-52 “Alliqator”, Mi-35M helikopterlərini sərgiləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş