Rusiya Koreyaya uduzdu – Hindistan Koreyadan 500 ədəd özüyeriyən haubitsa alır

Hindistan Silahlı Qüvvələri özüyeriyən haubitsaların satın alınması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.

“AzeriDefence”nin də “İndian Defence” saytına istinadən verdiyi məlumata görə, tenderin nəticələrinə əsasən Cənubi Koreyanın 155 mm-lik K-9 “Thunder” özüyeriyən haubitsalarının alınmasına qərar verilib. K-9 “Thunder” tenderin son mərhələsində Rusiya istehsalı olan “Msta-S”lə mübarizə apararaq onu üstələyib.

Adı çəkilən haubitsaların Hindistanda yerli şirkətin iştirakı ilə seriyalı istehsalı Koreyalı istehsalçıya təklif olunacaq.

Müqavilə üzrə Hindistan Ordusu 500 ədəd 155 mm-lik özüyeriyən haubitsa almağı planlaşdırır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş