Rusiya Krımda “Utyos” raket kompleksləri yerləşdirdi

Rusiya ilhaq etdiyi Krım Respublikası ərazisinə “Utyos” sahil raket kompleksləri yerləşdirib.

“AzeriDefence”nin İnterfaks-a istinadən verdiyi məlumata görə, dəniz hədəflərinin məhv edilməsi məqsədilə SSRİ zamanında Krım ərazisində qurulan adıçəkilən raket kompleksləri uzun müddətdir yarasız vəziyyətdə olub.

Ötən ildən başlayaraq Rusiya “Utyos” raketlərinin yenilənməsini və modernləşdirilməsini həyata keçirib. Artıq modernləşmə işləri yekunlaşdığından silahlanmaya qəbul edilib.

Bir müddət əvvəl isə kompleksin sınaqları həyata keçirilib.

Məlumatda o da qeyd olunub ki, paralel olaraq “Bastion” raket komplekslərinin də Krımda dislokasiyası nəzərdə tutulub.

Xatırladaq ki, “Utyos” sahil kompleksi gəmi əleyhinə P-35 “Proqress” raketi ilə silahlandırılıb. Raketin uçuş məsafəsi 450 km-dir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş