Rusiya “Mahaçqala” tipli artilleriya gəmisini Xəzərdə silahlanmaya daxil edəcək

Rusiyanın 21630 layihəli “Mahaçqala” tipli növbəti kiçik artilleriya gəmisi Xəzər flotiliyasının tərkibinə cari ilin sonlarında daxil ediləcək. 21630 cari ilin sonunda Xəzər flotiliyasının tərkibinə girəcək. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

Artıq Xəzər flotiliyası “Almaz” Gəmiqayırma Şirkətindən artilleriya gəmisinin qəbuluna başlayıb.

Bundan sonra istehsalçı zavodun nümayəndələri ilə birlikdə Xəzər hərbi dənizçilərinə gəminin müxtəlif gəmi komplekslərinin sınaqları keçiriləcək. Gəmi silahlaları, kütləvi qırğın silahından müdafiə komplekslərinin bütün sistemləri sınaqdan keçiriləcək, gəminin korpusunun möhkəmliyi, yaşamaq qabiliyyəti və xarici təsirlərə davamlılığı yoxlanılacaq.

Gəmi A-190 universal artilleriya qurğusu, iki ədəd 30 mm-lik altı lüləli AK-306 və 40 lüləli 122 mm-lik “Qrad-M” reaktiv yaylım atəş sistemi ilə silahlandırılacaq.“Stels texnologiya” üzrə inşa olunmuş gəmi rəqibin texniki kəşfiyyat vasitələri ilə aşkar etməsini çətinləşdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş