Rusiya Meksika Ordusuna “Patriot” pikap avtomobilləri satır

Rusiya Meksika Silahlı Qüvvələrinə “Patriot” pikap hərbi maşınların çatdırılmasına başlayıb.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda “Ural” avtomobil zavodunun direktoru Andrey Dorofeyev məlumat verib.

Direktorun sözlərinə görə, Meksikada bu cür avtomobillər olmadığı üçün Silahlı Qüvvələrin “Patriot” pikap tipli maşınlara tələbatı böyükdür.

2017-ci ilin sonuna qədər Meksika Ordusuna təxminən 90 ədəd “Patriot” pikap maşınların təhvil veriləcəyi planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş