Rusiya Müdafiə Naziri: “Əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir”

Rusiya Müdafiə Naziri: “Əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir”

“Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var”.

“Azeri Defence” saytının məlumatına görə, bu fikirləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

Sergey Şoyqu bildirib ki, təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb: “Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş