Rusiya Müdafiə naziri: 1960 sülhməramlıdan 1100 hərbçi artıq Qarabağa göndərilib

Rusiya Müdafiə naziri: 1960 sülhməramlıdan 1100 hərbçi artıq Qarabağa göndərilib

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin 15-ci motatıcı briqadasının bölmələrindən ibarət olan sülhməramlıların böyük əksəriyyəti Qarabağa göndərilib.

“Azeri Defence” saytının Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu Müdafiə naziri Sergey Şoyqu deyib.

Müdafiə naziri bildirib ki, 1960 sülhməramlıdan 1100 hərbçi artıq Qarabağa yola salınıb.

Qeyd edək ki, Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının bölmələrindən ibarət olan 1960 sülhməramlı ilə yanaşı 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikanın Qarabağa göndərilməsi planlaşdıtrılıb.

Sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün hərbi aviasiya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi də nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş