Rusiya Müdafiə Nazirliyi 136-cı Su-34 döyüş təyyarəsini təhvil alıb

Rusiya Müdafiə Nazirliyi 136-cı Su-34 döyüş təyyarəsini təhvil alıb

Rusiya Hava-Kosmik Qüvvələri son iki ədəd Su-34 qırıcı-bombardmançı təyyarəsini təhvil alıb.

Azeri Defence saytının BMPD-ya istinadən verdiyi məlumata görə, Su-34 döyüş təyyarəsinin tədarükü Rusiya Müdafiə Nazirliyi ilə “Suxoy” şirkəti arasında 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.

Müqaviləyə əsasən 2020-ci ilədək 92 ədəd Su-34 tipli qırıcı-bombardmançı təyyarəsinin istehsalı planlaşdırılırdı. Bu 2011-2020-ci illərdə silahlanma üzrə Dövlət Proqramında nəzərdə tutulmuş döyüş aviasiya texnikasının ən böyük çatdırılma müqaviləsidir.

Beləliklə Novosibirsk aviasiya zavodunda istehsal olunan 92 ədəd Su-34 təyyarəsinin tamamı Rusiya Hava-Kosmik Qüvvələrinə çatırılıb.

Bu müqavilə çərçivəsində ilk 2 ədəd Su-34 təyyarəsi 2013-cü ildə, növbəti 18 ədəd təyyarə 2014-cü ildə, digər 18 ədəd təyyarə 2015-ci ildə, 16-ı 2016-cı ildə, 16-ı 2017-ci ildə sifarişçiyə təhvil verilib. 2018-ci ildə 12 ədəd, 2019-cu ildə 8 ədəd və 2020-ci ildə isə son 2 ədəd Su-34 Rusiya Ordusuna çatdırılıb.

Məlumatda o da qeyd olunub ki, 2005-ci ildən bu günə qədər Rusiya ümumilikdə 136 ədəd Su-34 döyüş təyyarəsi əldə edib.

Bundan əlavə 2020-ci ilin iyununda Rusiya Müdafiə Nazirliyi təxminən 20 ədəd Su-34 təyyarəsinin inşası üçün yeni üç illik müqavilə imzalayıb. Yeni müqavilə üzrə ilk 2 ədəd təyyarə 2020-ci ilin sonunadək sifarişçiyə təhvil veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş