Rusiya Müdafiə Nazirliyi: Dağlıq Qarabağda atəşkəs pozulub

Rusiya Müdafiə Nazirliyi: Dağlıq Qarabağda atəşkəs pozulub

Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

Azeri Defence xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir:

“İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Dekabrın 11-də Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​“.

KATEQORIYA:
Bu xəbəri paylaş