Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda səhra hospitalı qurub

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda səhra hospitalı qurub

Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı tibb bölməsi (MOSN) Xankəndində səhra hospitalı qurub.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, mobil tipli hərbi hospital Xankəndi şəhərindəki hava limanında yerləşdirilib. Xüsusi təyinatlı tibb bölmələrinin mütəxəssisləri sülhməramlı kontingentə və əhaliyə tibbi yardım göstərəcəklər. Tibbi qrup 40 nəfərə qədər insanı qəbul etmək imkanına malikdir.

“Hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisi MOSN-in birinci şöbəsinə gəlib. Həkimlər, orta və kiçik tibb işçiləri ilk tibbi, ixtisaslı və ixtisaslaşmış tibbi yardım göstərməyə daim hazırdırlar. İxtisaslaşmış səhra xəstəxanasında keyfiyyətli tibbi yardım göstərmək üçün bütün lazımi tibbi avadanlıqlar olacaq”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə Şərqi Hərbi Dairənin xüsusi təyinatlı tibb dəstəsindən 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton material Dağlıq Qarabağa köçürüləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş