Rusiya Müdafiə Nazirliyi: Dağlıq Qarabağda sülhməramlı qüvvələr verilən tapşırıqları yerinə yetirir

Rusiya Müdafiə Nazirliyi: Dağlıq Qarabağda sülhməramlı qüvvələr verilən tapşırıqları yerinə yetirir

Rusiya sülhməramlı kontingentinin bölmələri Dağlıq Qarabağda verilən tapşırıqları icra edir.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, sülhməramlı kontingentin bölmələri mühəndis kəşfiyyatı, yolların və avadanlıqların minalardan təmizlənməsi və yanmış avadanlıqların ümumi istifadə yollarından çıxarılmasını həyata keçirir.

Xankəndində yol nəqliyyatının təşkili, mülki infrastrukturun və yaşayış binalarının sosial obyektlərinə elektrik enerjisi və su təchizatı bərpa edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş