Rusiya Müdafiə Nazirliyi “Derivasiya-PVO” kompleksinin qəbul sınaqlarına hazırlaşır

Rusiya Müdafiə Nazirliyi “Derivasiya-PVO” kompleksinin qəbul sınaqlarına hazırlaşır

Rusiya Müdafiə Nazirliyinin 2S38 “Derivasiya-PVO” özüyeriyən zenit-top artilleriya kompleksinin qəbul sınaqlarına hazırlıq planı müəyyənləşib.

“AzeriDefence” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, “Derivasiya-PVO” kompleksinin iki prototipi zavod sınaqlarını 2020-ci ilin dekabr ayında tamamlamalıdır.

Rusiya Müdafiə Nazirliyi 2021-ci ilin əvvəlində “Derivasiya-PVO” kompleksinin qəbul sınaqlarına başlamağı planlaşdırıb.

İlk dəfə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda nümayiş etdiriləcək “Derivasiya-PVO” kompleksi daha sonra təkmilləşdirilməyə göndəriləcək.

Özüyeriyən artilleriya kompleksi əsasən aviasiya vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının və dəqiq silahların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa “Derivasiya-PVO”nun xüsusiyyətləri piyada qüvvələrini dəstəkləməyə imkan verir. “Derivasiya-PVO” kompleksinin əsas silahı 57 mm-lik uzun mənzilli topdur. Kompleks həmçinin 7.62 mm-lik PKTM pulemyotu ilə silahlandırılıb.

Özüyeriyən artilleriya kompleksi 4.5 km hündürlükdə və 6 km məsafədəki hədəfləri vura bilər. Bu digər mövcud silahların imkanlarından 50 faiz yüksəkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş