Rusiya Müdafiə Nazirliyi: Laçın dəhlizi və Xankəndinə qədər yollar minalardan təmizlənib

Rusiya Müdafiə Nazirliyi: Laçın dəhlizi və Xankəndinə qədər yollar minalardan təmizlənib

Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə gedən yolun 28 kilometrlik hissəsini minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib.

Azeri Defence saytının Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu general-mayor İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.

General Konaşenkov bildirib ki, bu gün saat 10:00-dan etibarən Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş