Rusiya Müdafiə Nazirliyi ilə “Rostex” arasında 300 milyard rubl dəyərində müqavilələr imzalanıb

Rusiya Müdafiə Nazirliyi ilə “Rostex” arasında 300 milyard rubl dəyərində müqavilələr imzalanıb

Rusiya Müdafiə Nazirliyi ilə “Rostex” Dövlət Korporasiyası arasında bir neçə müqavilə imzalanıb.

Azeri Defence saytının TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ümumi dəyəri 300 milyard rubldan çox olan müqavilələr “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumu çərçivəsində bağlanıb.

Sözügedən müqavilələr Müdafiə Nazirliyi ilə “Rostex”ə daxil olan “Birləşmiş Aviatikinti Korporasiyası”, “Vertolyotı Rosii” şirkəti, “Uralvaqonzavod” şirkəti və “Texmaş” Konserninin “Splav” Elmi-Tədqiqat Birliyi tərəfindən imzalanıb.

Sazişlərə əsasən müxtəlif təyinatlı yeni təyyarələr, helikopterlər, zirehli nəqliyyat vasitələrinin tədarükü, habelə döyüş maşınlarının təmiri və modernləşdirilməsi və Rusiya ordusu üçün perspektivli araşdırmaların aparılması nəzərdə tutulub.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş