Rusiya hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı rəsmi açıqlama verilib – YENİLƏNİB

Qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.

“AzerDefence”nin məlumatına görə, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Sərnişinlər arasında Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov, “Həkim Liza” kimi tanınan Yelizaveta Qlinka da var.

***

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi bu gün Rusiya vaxtı ilə saat 05:40 radələrində Soçinin “Adler” aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib və təyyarənin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Tu-154 təyyarəsinin göyərtəsində 8 heyət üzvü və 84 sərnişin olub.

Sərnişinlərin içərisində hərbçilər, “Aleksandrov” adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqramı ilə çıxış etməyi planlaşdırıb.

Sərnişinlərdən birinin sahildən 5 km uzaqlıqda cəsədi və “1-ci kanal” telekanalının jurnalistinin sənədi tapılıb.

Rusiya Müdafiə Nazirliyinin təmsilçisi, general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.

Məlumatda əlavə olaraq qeyd olunub ki, cəsədi aşkarlanan sərnişinlərin sayı 5-ə çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş