Rusiya Müdafiə Nazirliyi “Mi-38” helikopterləri alır

Rusiya Müdafiə Nazirliyi sınaq üçün “Rusiya Vertolyotları” şirkətinin yeni istehsalı olun iki ədəd “Mi-38” nəqliyyat helikopteri alır.

“AzeriDefence” nin məlumatına görə, bu barədə “Rusiya Vertolyotları” şirkətinin baş direktoru Andrey Boqinskoqo bildirib.

A.Boqinskoqo qeyd edib ki, iki “Mi-38” helikopterin satın alınması ilə bağlı yaxın vaxtlarda müqavilə bağlanacaq.

Qeyd edək ki, bir neçə müddət bundan əvvəl “Mi-38” helikopterinin satın alınması ilə bağlı Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan etmişdi ki, dövlət proqramı çərçivəsində nazirlik bu helikopterlərin alınmasını nəzərdə tutur.

TB7-117B mühərriki ilə təchiz olunmuş “Mi-38” helikopterin maksimal sürəti 320 km/saat-dır. Uçuş məsafəsi 1300 km olan helikopter, 3300 kq yüklə maksimal 900 km-ə qədər məsafə qət edə bilir.

“Mi-38” nəqliyyat helikopteri ən ağır iqlim şərtləri və məkanda, yüksək hündürlük və temperaturda, gecə və gündüz şərtlərində səmərəli şəkildə fəaliyyət göstərir.

Yükgötürmə qabiliyyəti, yüksək performansı və geniş spektri ilə analoqlarından fərqlənən “Mi-38” helikopterin axtarış-xilasetmə və təcili tibbi yardımın göstərilməsi kimi də istifadəsi mümkündür.

Qeyd edək ki, ADEX-2016 beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə “Mi-38” helikopterin maketi “Rusiya Vertolyotları” şirkətinin stendində nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş