Rusiya müəssisəsi məsafədən minalama sistemi yaradıb

Rusiyanın “Splav” Elmi-Tədqiqat Birliyi məsafədən minalama prosesini həyata keçirən sistem yaradıb.

“AzeriDefence”nin Birliyin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, qurumun baş direktoru Vladimir Lepin deyib ki, sistemə nəqliyyat-yükləmə maşını, sursatlarla yüklənmiş start konteyneri və digər texniki təchizat qurğuları daxildir.

Maşın “KamAz” şassisi üzərində yaradılıb. Maşının kabinası zirehlidir, hava təmizləyici və kondisionerlə təmin olunub. Kompleksə meteostansiya da daxildir.

Hazırda isə Rusiya Silahlı Qüvvələrinin istismarında bu tip lakin ZİL şassisi üzərində yaradılan sistem mövcuddur.

Maşın minaları 100 metr məsafədə tullamaqla məsafədən minalanma prosesini həyata keçirə bilir.

.

KATEQORIYA:
Bu xəbəri paylaş