Rusiya Nazirlər Kabineti Ermənistanla birləşmiş qoşun qruplaşması haqqında sazişi təsdiqlədi

Rusiya və Ermənistan Silahlı Qüvvələri arasınada birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş Rusiya Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, müvafiq hüquqi sənəd haqqında informasiya Nazirlər Kabinetinin rəsmi internet portalında dərc olunub.

Məlumatda qeyd olunub ki, sözügedən saziş Rusiya və Ermənistan arasında 2016-ci il noyabrın 30-da Moskvada imzalanıb.

Martın 15-də Rusiya və Ermənistan prezidentləri Kremldə aparılan danışıqların nəticələri haqqında bəyanat verərək iki ölkənin birləşmiş qoşun qruplaşmasının yaradılmasını yüksək qiymətləndiriblər.

Bildirilib ki, bununla Rusiya və Ermənistan KTMT-nin üzv ölkələrin təhlükəsizliyinin təminatçısı kimi rolunu möhkəmləndirəcək, təhlükəsizliyə qarşı təhdidlərlə beynəlxalq mübarizədə təşkilatın töhvəsini artıracaqlar

Hökumət sazişi təsdiq etməsi üçün Rusiya prezidentinə göndərib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş