Rusiya nüvə başlığı daşıyacaq qitələrarası raketin növbəti sınaqlarını keçirəcək

Rusiya 2017-ci ilin sonuna qədər RS-28 “Sarmat” nüvə başlığı daşıyacaq qitələrarası ballistik raketləri sınaqdan keçirməyi planlaşdırır.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Kommersant” qəzeti məlumat yayıb.

Nəşrin yazdığı məlumata görə, Rusiya Müdafiə Nazirliyi ilin sonunadək Pleseçk poliqonunda RS-28 “Sarmat” ballistik raketin növbəti testlərini keçirəcək.

Bildirilib ki, şaxta dislokasiyası olmaması səbəbindən “Sarmat” raketin sınaqlarının keçirilməsi dəfələrlə təxirə salınıb. Hazırda bu problemlər aradan qaldırılıb. Raket sistemlərininin test edilməsində əsas məqsəd təxminən beş saniyə ərzində raketin buraxılması və bundan sonrakı tapşırığı hansı şəkildə davam etdirməsini yoxlamaqdır.

Qeyd edək ki, adıçəkilən raketin sınaqlarına 2009-cu ildən başlanılıb. Raketin hazırlanması layihəsi isə 4202 kod adı ilə həyata keçirilib.

Raketin ilk müvəffəqiyyətli sınaqları 2016-cı ilin avqustunda olub. Bundan sonra isə raketin sınaqlarının keçirilməsində problemlər ortaya çıxıb. Raketin özündə də problemlər olduğundan test ediləcəyi tarix dəfələrlə ertələnib. Nasazlıqların aradan qaldırılıldıqdan sonra, sınaqlar cari ilin iyun ayına salınsa da, bu dəfə tarix dəyişikliyi edilib, 2017-ci ilin dördüncü rübü seçilib.

KATEQORIYA:
Bu xəbəri paylaş