Rusiya nüvə başlığı daşıyacaq qitələrarası raketin sınaqlarını keçirib

Rusiya yeni aeroballistik hipersəsli qitələrarası “Sarmat” raketinin sınaqlarını keçirib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, uğurla keçən sınaqlardan sonra “Sarmat”ın hazırda silahlanmada olan “Voevoda” qitələrarası raketi əvəzləyəcəyi nəzərdə tutulub.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də bildirilib ki, raketin sınaqları Rusiyanın Orenburq vilayəti, Dombarovski rayonu ərazisində yerləşəm təlim mərkəzində keçirilib.

“Jane’s Intelligence Review” jurnalının məlumatına görə isə adıçəkilən raketin sınaqlarına 2009-cu ildən başlanılıb. Raketin hazırlanması layihəsi isə 4202 kod adı ilə həyata keçirilib.

Xəbərdə  “Sarmat”ın nüvə başlığı daşıyacağına, həmçinin Krasnayarsk və Orenburq vilayətlərində döyüş növbəsinə qəbul ediləcəyinə dair məlumatlar da qeyd olunub.
 

KATEQORIYA:
Bu xəbəri paylaş