Rusiya Ordusu 2S35 “Koalisiya-SV” artilleriya sistemləri alıb

Rusiya Ordusu 2S35 “Koalisiya-SV” artilleriya sistemləri alıb

Rusiya müdafiə sənayesinin istehslı olan 2S35 “Koalisiya-SV” özüyeriyən artilleriya sistemləri Silahlı Qüvvələrin istismarına verilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nəşri olan “Krasnaya Zvezda” qəzeti məlumat yayıb.

2S35 “Koalisiya-SV” nəzarət məntəqələrinin, artilleriya və minaatan batareyaları, zirehli texnikanın, komanda məntəqəsi, rabitə qovşağı, həmçinin düşmənin potensial canlı qüvvəsi, tank, hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

152 mm kalibrli 2A88 haubitsa ilə silahlanan “Koalisiya-SV” artilleriya sistemi, idarə olunan mərmilərdən istifadə edə bilir. Mərmilərin korrektəsi QLONASS naviqasiya sistemi vasitəsi ilə həyata keçirilir. Sistem dəqiqədə 10-dan çox atış həyata keçirə bilər. Özüyeriyən artilleriya sistemi həmçinin qüllə daxilindən idarə edilən “Kord” pulemyotu quraşdırılmış döyüş modulu ilə də silahlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş