Rusiya Ordusu 35-dən çox “Msta-SM” haubitsası alacaq

Rusiya Ordusu 35-dən çox “Msta-SM” haubitsası alacaq

Rusiya Silahlı Qüvvələri 2020-ilin sonuna qədər 35-dən çox “Msta-SM” SQ 2S19M2 indeksli özüyeriyən haubitsa təhvil alacaq.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

İstehsalçı müəssisə dövlət müdafiə sifarişi proqramı çərçivəsində təkmilləşdirilmiş “Msta-SM”ləri Rusiya Müdafiə Nazirliyinə tədarük edəcək.

“Msta-SM” özüyeriyən artilleriya qurğusu strateji hərbi obyektlərin, artilleriya və minaatan batareyaların, zirehli texnika, tank əlehinə vasitələr, o cümlədən hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Avtomatlaşdırılmış atəş idarəetmə sistemi ilə təchiz edilən “Msta-SM” idarə olunan və idarə olunmayan qəlpəli-fuqas mərmilərindən istifadə edə bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş