Rusiya Ordusu bu ilin sonunadək Su-57 döyüş təyyarələrinin ilk partiyasını təhvil alacaq

Rusiya Ordusu bu ilin sonunadək Su-57 döyüş təyyarələrinin ilk partiyasını təhvil alacaq

2020-ci ilin sonuna qədər beşinci nəsil Su-57 döyüş təyyarələrinin ilk partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil veriləcək.

“AzeriDefence” xəbər verir ki, bunu “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov jurnalistlərə açıqlamasında deyib.

Sergey Çemezov bildirib ki, Su-57 döyüş təyyarəsi üzərində bütün işlər Müdafiə Nazirliyinin verdiyi cədvələ uyğun olaraq aparılır: “Bundan əvvəl eksperimental partiyadan 10 təyyarə Müdafiə Nazirliyinə təhvil verilmişdi və uğurla sınaqdan keçirildi. Hazırda 76 ədəd təyyarənin tədarükü üçün dövlət müqaviləsi yerinə yetirilir”.

KATEQORIYA:
Bu xəbəri paylaş