Rusiya Ordusu “Forpost-R” PUA ilə təchiz ediləcək

Rusiya Ordusu “Forpost-R” PUA ilə təchiz ediləcək

Rusiya Müdafiə Nazirliyi “Forpost-R” pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” TASS xəbər agentliyinə istinadən məlumat verib.

Müqavilə əsasında Rusiya Silahlı Qüvvələrinə 10 ədəd təkmilləşdirilmiş “Forpost-R” PUA veriləcək. Müdafiə nazirinin müavini Aleksey Krivoruçko bildirib ki, 2020-ci ildə daha 18 ədəd “Forpost-R” pilotsuz uçuş aparatın əldə edilməsi üçün müqavilə imzalanması planlaşdırılır.

Qeyd edək ki, “Forpost” pilotsuz uçuş aparatını IAI və “Oboronoprom” şirkətləri İsrailin “Searcher Mk II” PUA-nın bazasında hazırlayıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş