Rusiya Ordusu “Koalisiya-SV” haubitsalarını almağa 2020-ci ildən başlayacaq

“Koalisiya-SV” özüyeriyən artilleriya sisteminin tədarükünə 2020-ci ilə qədər başlanacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Silahlı Qüvvələrin qoşunlarına  “Koalisiya-SV” artilleriya kompleksi seriyalarla veriləcək”, – deyə Rusiya Silahlı Qüvvələrinin Artilleriya və Raket Qoşunları komandanı Matveyevski 2020-ci ilə qədər planlardan danışarkən qeyd edib.

2S35 “Koalisiya-SV” nəzarət məntəqələrinin, artilleriya və minaatan batareyaları, zirehli texnikanın, komanda məntəqəsi, rabitə qovşağı, həmçinin düşmənin potensial canlı qüvvəsi, tank, Hava Hücumundan Müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

152 mm kalibrli 2A88 idarə olunan mərmilərlə silahlanan sistem, hədəfə dəqiq atəş açmaq bacarığına malikdir. Mərmilərin korrektəsi QLONASS naviqasiya sistemi vasitəsi ilə həyata keçirilir. Sistem dəqiqədə 10-dan çox atış həyata keçirə bilər. Özüyeriyən artilleriya sistemi qüllə daxilindən idarə edilən bir ədəd “Kord”  pulemyot ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş