Rusiya Ordusu Qafqazda təlimlərə başlayıb

Rusiya Silahlı Qüvvələrinin hərbi hissələri Abxaziya, Cənubi Osetiya, Şimali Osetiya, Dağıstan və Xəzər dənizində təlimlər keçir.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Təlimlərdə hərbi hissələrin istifadəsində olan tanklar, zirehli transportyorlar, artilleriya vasitələri, radioelektron mübarizə (REM) vasitələri, gəmilərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri, düşmənin arxa cəbhəsinə güc qüvvələrinin göndərməsi hərəkətlərinə uyğun təlimlər keçirib. Təlim tədbirlərinə hərbi aviasiyanın Mİ-24P döyüş helikopterləri və Mi-8MT hərbi-nəqliyyat helikopterləri, Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşmələrinin pilotsuz uçan aparatları cəlb edilib.

Hazırlıqların gedişatında təlimatçıların rəhbərliyi altında xüsusi təyinatlı qruplar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə “Kamxud” və “Alaqyaz” yüksək dağ poliqonlarında şərti düşmənin arxa cəbhəsinə enmə və desantlama qaydalarını öyrənib və praktiki məşq ediblər. Həmçinin pilotlar və xüsusi təyinatlılar düşmənin arxa cəbhəsinə qrupun standart çıxışı zamanı qarşılıqlı əlaqə üzərində işləyib və şərti düşmənin aşkarlanması üzrə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş