Rusiya Ordusu R-444-NM rabitə stansiyaları ilə təchiz ediləcək

Rusiya Ordusu R-444-NM rabitə stansiyaları ilə təchiz ediləcək

“Roselektronika” şirkəti “Armiy-2020” Beynəlxalq hərbi-texniki forumunda kompakt mobil peyk rabitə stansiyasını nümayiş etdirib.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

R-444-NM adlı mobil peyk rabitə stansiyası çəkisi az və ölçüsü kiçik olmaqla analaqlarından fərqlənir və istifadəçi tərəfindən kürəkdə asanlıqla daşına bilir.

“R-444-NM aksesuarları ilə birlikdə kürək çantasında tək adam tərəfindən daşına bilir və dəstin çəkisi 7,5 kq-dan çox deyil. Rabitə stansiyası bir dəqiqə ərzində hazır vəziyyətə gətirilir”, – deyə “Rostex” Dövlət Korporasiyasının məlumatında bildirilib.

Məlumatda o da qeyd olunub ki, R-444-NM portativ peyk rabitə stansiyasının dövlət sınaqları tamamlanıb, 2020-ci ilin sonuna qədər Rusiya Silahlı Qüvvələrinin invertarına qəbul edilməsi planlaşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş