Rusiya Ordusu “Smerç”i silahlanmadan çıxarır: Onu daha mükəmməl sistem əvəzləyəcək – FOTO

Rusiyanın “Tornado-S” reaktiv yaylım atəş sisteminə daxil olacaq yeni raketlərlər yaradılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yeni raketlər QLONASS peyk idarəetmə sisteminə inteqrasiya olunub. Hazırda bu raketlər sınaq mərhələsindədirlər.

Yeni raketlər hədəfi dəqiq məhv etmək üçün sıqnalı xüsusi cihaz vasitəsilə peykdən ala biləcəklər.

Raketin istehsalıyla isə “Splav” elmi-istehsalat birliyi məşğul olub.

Məlumatda o da qeyd olunub ki, “Tornado-S” 2018-ci ildən başlayaraq, silahlı qüvvələrdə “Smerç”i əvəzləməyə başlayacaq.

“Tornado-S” 100-200 km məsafədə hədəfi məhv etmək imkanına malikdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş