Rusiya Ordusu unikal RLS-lərlə təmin olunur

Rusiya Silahlı Qüvvələrinin Radiotexnika qoşunları unikal radiolakasiya sistemi (RLS) ilə təchiz olunub.

“AzeriDefence” xarici mediaya istinadən məlumat verir ki, artıq avtomatlaşdırılmış “Fundament”, həmçinin müxtəlif modifikasiyalarda mobil istifadə üçün nəzərdə tutulan “Nebo” və bütün yüksəkliklərdə aşkar etmə imkanına sahib “Podlet” RLS qurğuları ordunun istismarına verilib.

Hərbi Hava Qüvvələrinin Radiotexnika qoşunlarının rəisi Andrey Koban isə bildirilib ki, bu tip RLS-lərin dünyanın silahlı qüvvələrində istifadəsinə rast gəlinməyib:

“Bu texnologiyalar uzaq məsafədə aşkaretmə və bütün növ hədəfləri müəyyənləşdirmə gücünə malikdir. Hazırda mütəxəssislər yeni avadanlıqlarla işləmək bacarıqlarına yiyələnirlər. Kurslar əsasən Moskva və Nijniy Novqorodda keçirilir”.

KATEQORIYA:
Bu xəbəri paylaş