Rusiya Ordusu yeni “İsgəndər-M” komplekslərinin sınaqlarını başa çatdırıb

“Ordu-2017” forumunda bu komplekslərin iki briqada dəstinin əlavə çatdırılma müqaviləsi imzalanıb

Rusiya Ordusu yeni “İsgəndər-M” operativ-taktik raket komplekslərinin sınaqlarını başa çatdırıb.

“AzeriDefence”nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu sınaqların keçirildiyi Həştərxan yaxınlığındakı Kapustin-Yar poliqonun rəisi, general-mayor Oleq Kislov jurnalistlərə açıqlamasında deyib.

O.Kislov “İsgəndər-M” kompleksi üçün yeni raket sınaqlarının uğrla başa çatdığını vurğulayıb: “Son zamanlar keçirilmiş ən əhəmiyyətli tədbirlərdən “İskəndər” raket kompleksi üçün yeni raket sınaqlarının tamamlanmasını qeyd etmək olar”.

Bildirilib ki, hazırda 2011-ci ildə istehsalçı hərbi müəssisəylə imzalanmış müqavilə üzrə Rusiya Ordusuna “İskəndər-M” briqada komplekslərinin çatdırılması qurtarır. Bundan başqa, “Ordu-2017” forumunun gedişatında bu komplekslərin iki briqada dəstinin əlavə çatdırılma müqaviləsi imzalanıb.

Qeyd edək ki, 9K720 “İsgəndər-M” operativ-taktiki raket kompleksi “Konstruktorskoe byuro maşinostrayitelstvo” (Maşınqayırma konstruktor bürosu) Elm-istehsalat korporasiyası tərəfindən 1990-ci illərdə hazırlanıb və 2006-ci ildə silahlanmaya qəbul olunub. Raketin atış məsafəsi 500 kilometr, ixraca təklif olunan versiyada isə 280 kilometrdi.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş