Rusiya Ordusu yeni zirehli ambulans maşınlar alıb

Rusiya Ordusu yeni zirehli ambulans maşınlar alıb

Rusiyanın Cənub Hərbi Dairəsinin tibbi bölmələri “Linza” adlı zirehli ambulans maşınlar alıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Yeni avtomobillər yaralılara döyüş şəraitində mümkün qədər səmərəli ilk yardım göstərmək və onları tez bir zamanda təxliyə etmək üçün nəzərdə tutulub.

4×4 təkər formuluna malik “Linza” zirehli ambulansı KAMAZ-Typhoon nəqliyyat vasitəsinin bazasında yaradılıb. Döyüş bölgəsindən altı yaralıya qədər təxliyə etməyə imkan verir.

Maşının balistik mühafizəsi üçüncü sinif qoruma səviyyəsinə cavab verir. Maşın korpusun altında 8 kq TNT ekvivaletində partlayışa döümlüdür. “Linza”nın təkərləri də zirehlidir, zədələnmiş təkər ilə maşın 50 km məsafəni qət edə bilər. Zirehli ambulans bütün tibbi avadanlıqlarla təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş