Rusiya Ordusuna 10000 ədəd AK-12 avtomatı tədarük edilib

Rusiya Ordusuna 10000 ədəd AK-12 avtomatı tədarük edilib

“İjmaş” Konserni tərəfindən istehsal edilən AK-12 “Kalaşnikov” avtomatı Rusiya Hava-Kosmik Qüvvələrinə tədarük edilib.

Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məluat verib.

Rusiya Hava-Kosmik Qüvvələri 2019-cu ildə və 2020-ci ilin birinci yarısında 10 000-ə yaxın AK-12 avtomatı alıb.

“İjmaş” rəsmilərinin sözlərinə görə, AK-12 “Kalaşnikov” avtomatlarının bütün ən yaxşı xarakteriskalarını özündə cəmləşdirir. Hər şeydən əvvəl yeni avtomat modulyar konstruksiyası ilə anoloqlarından fərqlənir.

5,45 mm-lik AK-12 avtomatı lülə qutusu qapağının daha sərt olması ilə də fərqlənir. Sökmə zamanı lülə qutusunun qapağı yuxarı açılır. Qapaq ayrıca mexanizm vasitəsi ilə möhkəmləndirilir. Teleskopik qundaq isə hündürlük və uzunluğunun tənzimlənə bilməsi ilə yanaşı silahın geri təpməsini də minimallaşdırır.

AK-12 avtomatları yüksək etibarlılıq və istehsal zamanı xərcinin az olması ilə diqqəti çəkir. AK-12 avtomatna görmə cihazları, lüləaltı qumbaraatan, nişangah kimi əlavə qurğular quraşdırmaq mümkündür. Silahdan hər iki əldə ayrı-ayrılıqda istifadə edilə bilir. Ən əsası isə sol əllə istifadə zamanı avtomat heç bir problem yaratmır. Avtomat tək, iki atəşdən bir kəsilməklə və avtomatik atəş rejimlərində çalışa bilir.

AK-12 avtomatını sələflərindən fərqləndurən xüsusiyyətlərdən biri xarici istehsal olan qumbaraatanların silaha inteqrasiya oluna bilməsidir. Silahın darağı 30-60 patron tutumundadır. Baraban tipli darağında isə 95 patron yerləşir.

Uzunluğu 945.725 mm, çəkisi boş halda 3.3 kq olan avtomatın lüləsinin uzunluğu 415 mm-dir. AK-12-nin atış tempi dəqiqədə 600/1000 atəşdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş