Rusiya Ordusuna 18 min “Ratnik” döyüş dəsti tədarük edilib

Rusiya Ordusuna 18 min “Ratnik” döyüş dəsti tədarük edilib

“Rostex” Dövlət Korporasiyasının Mərkəzi Elmi Tədqiqat Mühəndislik İnstitutu tərəfindən 2019-cu ildə Rusiya Silahlı Qüvvələrinə 18 mindən çox “Ratnik” döyüş dəsti tədarük edilib.

“Rostex” Dövlət Korporasiyasından “AzeriDefence”yə verilən məlumata görə, bununla “Ratnik” döyüş dəsti təchizatı ilə bağlı dövlət müqaviləsinin illik planı tam yerinə yetirilib. Dəstlər sifarişçiyə baza, komandir, snayper, pulemyotçu, topçu, zirehli texnikanın heyəti versiyalarında çatdırılıb.

“Ratnik” döyüş dəsti hərbçilərin müdafiəsini, hərəkətliliyini, manevr qabiliyyətini və müxtəlif hərbi əməliyyatlarda səmərəliliyini artırmaq üçün nəzərdə tutulub. “Ratnik” – 40 və +50 dərəcə temperaturlarda tətbiq edilə bilir. “Ratnik” dəsti bir hərbçinin ən azı üç gün ərzində avtonom fəaliyyətini təmin edir.

Təchizat dəstinə rabitə vasitələri, tanıma sistemi, informasiya və təsvirlərin emalı sistemi, səmti müəyyənləşdirmə cihazları və naviqasiyalar daxildir. Təchizat dəsti hazırlanarkən əhəmiyyətli diqqət həyat təminatı sisteminə ayrılıb. Təchizata qoruyucu eynəklər, qulaqların müdafiəsi üçün qarnitur, diz və dirsək oynaqlarının müdafiəsi dəsti, su təmizləyən fərdi filtr, muxtar istilik mənbələri, enerji təchizatı vasitələri və s. daxil edilib.

Məlumatda o da qeyd olunub ikinci nəsil “Ratnik” döyüş təchizatının hazırlanmasında 80-ə yaxın müəssisə iştirak edib və proses təxminən dörd il davam edib. Yüksək texnologiyaları özündə cəmləşdirən “Ratnik” döyüş dəsti 2014-cü ildə silahlanmaya qəbul edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş