Rusiya Ordusunun Cənub hərbi dairəsində döyüş helikopterinin sayı artırılıb
2016-cı ilin ötən müddətində Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinə 20 ədəd Ka-52 “Alliqator” helikopteri verilib.
“AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, helikopterlər Krasnodar vilayətindəki hərbi aerodromda dislokasiya olunub. Ka-52-lər əlahiddə helikopterlər alayında döyüş xidməti aparacaqlar.
Hazırda isə Ka-52-ni idarə edəcək pilotlar Tver vilayətindəki tədris mərkəzində təlimə cəlb olunublar. Onlar bu helikopterin idarə edilməsi bilik və bacarıqlarına yiyələnirlər.
Qeyd edək ki, Ka-52 “Alliqator” Ka-50 “Çornaya akula” döyüş helikopterinin modernləşdirilmiş variantıdır. Bu helikopter çoxtəyinatlı döyüş vasitəsi kimi nəzərdə tutulub.