Rusiya cənub sərhədlərinə “Alliqator” helikopterləri göndərir

2016-cı ilin əvvəlində Rusiya Ordusunun Cənub hərbi dairəsinin aviasiya qoşunlarına Ka-52 “Alliqator” helikopterləri veriləcək.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Helikopterlər aviasiya qoşunlarının Kuban şəhərində yerləşən aerodromunda dislokasiya olunacaq.

Helikopter pilotlara təhvil verilməzdən əvvəl Tver vilayətində yerləşən təlim mərkəzində kursa cəlb olunacaqlar.

Məlumat üçün bildirək Ka-52 “Qara akula” adlandırılan Ka-50-nin modifikasiya olunmuş variantıdır. Helikopterin təyinatı yerüstü obyektlərin, zirehli texnikanın, helikopterin, o cümlədən kiçik sürətli uçan avadanlıqların aşkarlanması və məhv edilməsidir.

Adıçəkilən helikopter çoxfunksiyalı radiolektron komplekslə, naviqasiya avadanlığı ilə təchiz olunub. Bu da Ka-52-yə istənilən havada uçuş imkanı yaradır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş