Rusiya Ordusunun generalı Suriyada öldürüldü

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada İŞİD terror qruplaşmasının hücumu nəticəsində həlak olub.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriya Ordusunda Rusiya hərbi müşavirlər qrupunun rəhbəri olan general-leytenant Valeri Asapov suriyalı komandirlərə Deyr əz-Zor şəhərinin İŞİD qruplaşmasından azad edilməsi əməliyyatlarında köməklik etmək üçün Suriya ordusunun komanda-nəzarət məntəqəsində olub. General V.Asapov minaatanlardan atılan mərmilərin partlaması nəticəsində ölümcül yaralanıb.

General-leytenent V.Asapov ölümündən sonra, ali dövlət mükafatına layiq görülüb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş