Rusiya Ordusunun mühəndislik-istehkam bölmələri Dağlıq Qarabağa göndərilib

Rusiya Ordusunun mühəndislik-istehkam bölmələri Dağlıq Qarabağa göndərilib

Rusiyanın Hava-Kosmik Qüvvələrinin İl-76 təyyarələri ilə Ulyanovsk-Vostocnıy aerodromundan Dağlıq Qarabağa hərbi qulluqçuların, Mərkəzi Hərbi Dairənin sülhməramlı briqadasının mühəndis-istehkam bölməsinin xüsusi texnika və avadanlıqlarının daşınması həyata keçirilib.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi zonasında istehkamçılar mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi üçün tapşırıqları yerinə yetirəcəklər. Bundan əlavə, tədarük və evakuasiya yollarının hazırlanması və saxlanılması, suyun təmizlənməsi və digər mühəndis dəstəyi vəzifələrini təmin edəcəklər. Partlayıcı maddələrin aşkarlanması və axtarışı üçün xidməti itlər cəlb ediləcəkdir.

Məlumatda o da qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi əməliyyatlara riayət olunması üçün Rusiya Federasiyasının sülhməramlı kontingentinin 1960 hərbçisi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Rus kontingentinin əsası Mərkəzi Hərbi Dairənin 15-ci motatıcı briqadasının sülhməramlı bölmələrindən ibarətdir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş