Rusiya ötən il Azərbaycana 8 ədəd Mi-35M helikopterin çatdırılmasını təmin edib
Rusiyanın “Rosvertol” şirkəti 2012-ci ildə Azərbaycanın sifarişi üzrə 8 ədəd Mi-35M helikopterinin çatdırılmasını təmin edib. “AzeriDefence”nin məlumatına görə, bu barədə “Rosvertol” şirkətinin illik hesabatında qeyd olunub.
Helikopterlər il ərzində Bakıya çatdırılıb. Bununla yanaşı ötən il fevralın 12-dən iyulun 12-dək Azərbaycan Dövlət Sərhəd Xidmətinin uçuş və texniki heyəti üçün “Rosvertol” tərəfindən Mi-35M helikopterlərinin istismarına dair təlimlər keçirilib.
2010-cu ildə DSX ilə imzalanmış müqavilə çərçivəsində ilk 4 helikopter Azərbaycan tərəfinə 2011-ci ilin dekabr ayında çatdırılıb.
Müqaviləyə 24 ədəd Mi-35M tipli helikopterin satın alınması daxildir.
KATEQORIYA: Aerospace