Rusiya pilotsuz döyüş aparatını istismara verməyə hazırlaşır

Rusiyanın ilk pilotsuz döyüş uçuş aparatının sınaqları 2014-cü ilə həyata keçiriləcək.

“AzeriDefence”nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Aleksandr Suxorukov deyib.

O bildirib ki, 2014-cü ildə aparatın istismara hazır olan nümunəsinin istehsalı yekunlaşacaq: “Hazırda işlər nəzərdə tutulduğu kimi plana uyğun həyata keçirilir. Aparatın hazırlanması prosesi “Sokol” və “Tranzas” müəssisələrinin birgə əməkdaşlığı nəticəsində baş tutacaq”.

A. Suxorukov qeyd edib ki, müvafiq mərhələlərdən sonra uçuş aparatının istismara verilməsi üçün dövlət sınaqlarına başlanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş