Rusiya PUA istehsalı sahəsini genişləndirir

Rusiya PUA istehsalı sahəsini genişləndirir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Roselektronika” şirkəti “Aeroxo” şirkəti ilə birlikdə pilotsuz uçuş aparatlarının birgə istehsalına başlamağı planlaşdırır.

Bu barədə “AzeriDefence”ə “Rostex” Dövlət Korporasiyasından məlumat verilib.

“Roselektronika” və “Aeroxo” şirkətləri arasında yeni pilotsuz uçuş aparatlarının hazırlanması və seriyalı istehsalına dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkətlər birlikdə müxtəlif tipli PUA-ların istehsalını planlaşdırırlar. 2025-ci ilə qədər bu seqmentdəki gəlir artımı ildə 1 milyard rubla qədər proqnozlaşdırılır.

Birinci mərhələdə “Roselektronika”nin “Vega” müəsissəsində “Aeroxo” şirkəti tərəfindən hazırlanan “Era” adlı pilotsuz uçuş aparatlarının seriyalı istehsalı həyata keçiriləcək. Yeni PUA-lar havada 3 saatdan çox qala və 7 kq-a qədər yük daşıya biləcək.

Bundan başqa, logistika xidmətləri üçün 80 kq-a qədər yük qaldırma qabiliyyəti olan tiltrotor tipli PUA-ların da istehsalı nəzərdə tutulub. Bu PUA-lar vertikal qalxma və enmə xüsusiyyətlərinə (Vertical Take-Off and Landing-VTOL) sahib olacaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş