Rusiya Qafqaz bölgəsində iri miqyaslı hərbi təlimlərə başlayıb

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinə daxil olan birləşmələrdə iri miqyaslı təlimlərə başlanılıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Əvvəlcədən planlaşdırılmamış təlimlərdə hərbi hissələr həyacan siqnalı ilə qaldırılıb.

Təlimlərə Krasnodar və Stavropol diyarında, Həştərxan və Volqoqrad vilayətlərində, o cümlədən federasiyanın Qaraçay-Çərkəz və Adıgey, həmçinin Ermənistan və ilhaq olunmuş Abxaziyadakı hərbi birləşmələrinin şəxsi heyəti və texnikası cəlb edilib.

Ərazi üzrə 20 qərargahın daxil edildiyi təlimlərdə 1,5 min müxtəlif təyinatlı hərbi texnika iştirak edir.

Təlimlərdə şəxsi heyətin döyüş bacarığı yoxlanılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş