Rusiya Qafqaza yeni silahlar yığır

Şimali Qafqazda və Cənubi Osetiyada yerləşdirilən Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordu birləşmələrinə, qoşunlarının yenidən təchizi proqramı çərçivəsində silah və hərbi texnikanın ən yeni və müasirləşdirilmiş nümunələri daxil olub.

“AzeriDefence”nin xarici mətbuata istinadən məlumatına görə, cari ildə ümumqoşun ordu birləşmələrinin Cənub hərbi dairəsi bölmələrinə təxminən 50 ədəd hərbi və xüsusi texnika daxil olub. Onlar arasında modernizə edilmiş T-72B3 tankları, BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi, “Akasiya” özüyeriyən artilleriya qurğusu, pilotsuz uçuş aparatları (PUA), “Borisoqlebsk-2” radioelektron mübarizə kompleksi , “Ural” avtomobilləri və müasir avtobuslar olub.

Yeni modernizə edilmiş T-72B3 tankına son nəsil rabitə vasitələri quraşdırılıb, ən yeni idarəetmə sistemi ilə təchiz edilməsi texnikanın atış effektivliyini daha da artırır. Müasirləşdirildikdən sonra tanka həmçinin hesablamalar vaxtını azaltmağa və effektivliyini yüksəltməyə imkan verən rəqəmsal ballistik hesablayıcı da quraşdırılıb. Tankın əsas nişangahı hər cür hava şəraitində günün saatından asılı olmayaraq cizahların etibarlı işini təmin edir.

Cənub hərbi dairəsinin ümumqoşun ordusunun silahlanmasına ilin sonunadək daha 200 ədəd müasir hərbi və xüsusi texnika qoymaq planlaşdırılır. Onlar arasında avtomobil, zirehli tank, raket-artilleriya silahları, radioelektron mübarizə sistemi, radiokimyəvi və bioloji müdafiə, tibbi xidmətin və mühəndislik qoşunlarının texnikaları və.s yer alacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş