Rusiya Qafqazda keçirdiyi təlimlərə yeni modernləşdirilmiş texnikalar cəlb edib

Rusiya Ordusunun Cənub hərbi dairəsində keçirilən təlimlərdə yeni modernləşdirilmiş artilleriya qurğuları və texnikalarından istifadə olunub.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, təlimdə 250 artilleriya silahları əraziyə çıxarılıb.

Onların arasında “Tornado-Q”, özüyeriyən artilleriya qurğusu “Xosta” və modernləşdirilmiş “Msta-S” haubiç də olub.

Ən diqqəti çəkən isə “Msta-S” özüyeriyən haubiça olub.

Mütəxəssislər bildiriblər ki, modernləşdirilmiş özüyeriyən haubiç “Msta-S”də yeni avtomatlaşdırılmış atəşin idarə edilməsi sistemi qurulub. Həmçinin, texnikanın sürətli atəş açması üçün də əlavə tədbirlər görülüb.

“Msta-S”də rəqəmsal elektron xəritə sisteminin də tətbiqinə başlanılıb. Bu da artilleriya qurğusunun ərazini tanıması üçün məlumatla təmin edir və atəşin uğurlu aparılmasını zəmin yaradır.

KATEQORIYA:
Bu xəbəri paylaş