Rusiya Qafqazdakı artilleriya birləşmələrini “Aistyonok” kəşfiyyat radarı ilə təchiz edəcək

Rusiya Silahlı Qüvvələrinin Şimali Qafqazda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) 58-ci ümumqoşun ordusunun raket və artilleriya birləşmələri 1L271 “Aistyonok” daşınan kəşfiyyat radiolokasiya komplekslərini sınaqdan keçirib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Sınaqların nəticəsindən asılı olaraq oşunlar yeni radiolokasiya sistemi ilə təchiz olunacaq.

Bildirilir ki, “Aistyonok” radarı 82 mm-dən 120 mm-ə qədər minaatanların döyüş sursatlarının uçuş parametrlərini hesablamağa və start nöqtəsi və ya mərminin düşəcək yerini müəyyən etməyə imkan verir. Sistem həmçinin 120 mm-dən 152 mm-ə qədər topların atışına nəzarət üçün də istifadə oluna bilər. Bundan başqa, “Aistyonok” kompleksi tank tipli hədəfləri 200 metrdən 20 kilometrə qədər məsafədə aşkarlamağı bacarır.

“Aistyonok” radarı aşkar etdiyi hədəflərin trayektoriyasını, digər lazımi informasiyalarə və iş rejimləri haqqında məlumatları kompleksin kompüterinin  ekranında göstərir. Aşkar edilmiş hədəflər haqqında məlumatların ötürülməsi üçün kompleks daxilində radiostansiya mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş