Rusiya Qafqazdakı aviasiya qüvvələrini gücləndirir

Rusiya Cənub hərbi dairəsinin Rostov aviasiya alayında döyüş təyyarələrinin sayını artırır.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, artıq Su-30SM təyyarələrinin ilkin partiyası alayın sırasına daxil edilib.

Məlumatda o da qeyd edilib ki, bu ilin sonuna qədər Cənub hərbi dairəsinin Rostov aviasiya alayına 20 ədəd Su-30SM veriləcək.

Qeyd edək ki, Su-30SM döyüş təyyarəsi Rusiyanın son model aviasiya texnikalarından sayılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş