Rusiya Qara dənizdə bir patrul katerini qadınlara həvalə etdi

Rusiya Qara dənizdə bir patrul katerini qadınlara həvalə etdi

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz Flotiliyasının döyüş sıralarına yeni daxil edilmiş 03160 “Raptor” layihəli patrul katerlərindən birinin heyətini tam şəkildə qadınlardan komplektləşdirib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Hazırda katerin şəxsi heyəti Sankt-Peterburqda Rusiya HDQ-nin Tədris Mərkəzində hazırlıq keçir.

“Pella” tərsanəsində inşa edilmiş 03160 “Raptor” layihəli itisürətli katerlər dəniz akvatoriyalarında patrul xidmətinin təşkili, sürətli müdaxilə, xüsusi təyinatlı qrupların hadisə yerinə nəqli, gəmilərin ələ keçirilməsi, axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulur. Sürəti 50 düyün təşkil edən kater tam təchizatlı 20 desant daşıya bilir. “Raptor”un İsveçin “Dockstavarvet” şirkətinin lisenziyası əsasında CB-90 sürətli müdaxilə katerlərinin üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla yaradıldığı bildirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş