
Rusiya Qarabağa “Uran-6” robotları göndərib
Rusiya Dağlıq Qarabağda minaların təmizlənməsi əməliyyatlarında “Uran-6” mexanikiləşdirilmiş minatəmizləmə maşınlarından istifadə edəcək.
“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Dağlıq Qarabağda sülhyaratma zonasına Beynəlxalq Minatəmizləmə Mərkəzinin 100-dən çox mütəxəssisinin, 13 xüsusi texnika və “Uran-6” mexaniki minatəmizləmə robotları göndərildiyini bəyan edib.
Mərkəzin şəxsi heyəti Gorus-Xankəndi yolunda mühəndis kəşfiyyatına başlayıb.
KATEQORIYA: Xəbərlər