Rusiya Qazaxıstana Ka-32A11VS tipli ilk helikopteri təhvil verdi

“Vertolyot Rossii” şirkəti Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə (FHN) Ka-32A11VS tipli ilk helikopteri təhvil verib. Bu barədə “AzeriDefence”yə “Vertolyot Rossii” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Təhvil-təslimi Astanada KADEX-2012 sərgisi çərçivəsində keçirilmiş helikopterin alqı-satqısına dair müqavilə 15 avqust 2011-ci il tarixində imzalanıb.

Qazaxıstanın sifarişi üzrə istehsal edilmiş Ka-32A11VC helikopterləri tibbi modullar və yanğına qarşı horizontal “su topları” ilə təchiz edilib. Helikopter təcili tibbi yardımın göstərilməsi, həmçinin xiasetmə və yanğınsöndürmə üçün nəzərdə tutulub. Bundan başqa, helikopter təbii və texnoqen xarakterli fövqəladə vəziyyətlər zamanı digər təcili işlər üçün istifadə oluna bilər.

Şirkətin rəhbəri Dmitri Petrov deyib ki, Ka-32A11VS helikopterlərinin ilk çatdırılması Rusiya və Qazaxıstan arasında xüsusi helikopter texnikasının çatdırılmaları sahəsində əməkdaşlığın yeni və əhəmiyyətli mərhələsidir.

Petrov onu da bildirib ki, rəhbərlik etdiyi şirkət Ka-32A11VS-dən başqa, Qazaxıstan FHN-ə tibbi modulla təchiz olunmuş Ka-226T yeni yüngül helikopterini təklif edir. Hansı ki, regionun iqlim xüsusiyyətlərini nəzərə alaraq istənilən çətinlikdə xilas etmə və tibbi-təxliyyə əməliyyatlarının həyata keçirilməsi üçün mükəmməl uçuş texnikası sayıla bilər.

Qeyd edək ki, KADEX-2012 sərgisində Oboronprom Korporasiyasının stendində Ka-32A11BC və Ka-226T helikopterləri ilə yanaşı, Mi-26T2, Mi-17, Mi-38 nəqliyyat helikopterləri Mi-28NG “Gecə Ovçusu”, Ka-52 “Alliqator” və Mi-35M helikopterlərinin maketləri nümayiş etdirilir.

Foto: “Vertolyot Rossii”

KATEQORIYA:
Bu xəbəri paylaş