Rusiya Qazaxıstana satdığı PUA-ların adını və sayını açıqlamaqdan imtina etdi

 

Qazaxıstan Müdafiə Nazirliyi ilə Rusiyanın “Rostex” Dövlət Şirkəti “Kalaşnikov” müəssisəsi arasında pilotsuz uçuş aparatlarının (PUA) alqı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Kalaşnikov” şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Sofiya İvanova məlumat verib.

S.İvanova Qazaxıstana hansı model PUA-ların satıldığına dair əlavə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, “Kalaşnikov” şirkətində PUA-ların istehsalı ilə adıçəkilən quruma tabe aviasiya vasitələrinin istehsalı ilə məşğul olan “Zala Aero” müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan PUA-lar da həmin müəssisənin istehsalıdır.

Xatırladaq ki, bu yaxınlarda şirkət “ZALA 421-16Е2” PUA-sının təqdimatını keçirib və məhsulun sifarişçilərə satışına başlandığını qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş