Rusiya Qəbələ RLS-in ərazisini kiçildə bilər

Rusiya və Azərbaycan müdafiə nazirlərinin görüşü keçirilib. Bu barədə “AzeriDefence” Rusiya KİV-lərinə istinadən məlumat verib.Nazirlər – Anatoli Serdyukov və Səfər Əbiyevin görüşündə əsasən Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi ilə bağlı məsələlər müzakirə olunub.

Anatoli Serdyukov görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Qəbələ RLS-in icarə haqqının azaldılması üçün o ərazidə icarəyə götürdüyü torpaq sahələrinin həcminin azaldılmasını istəyə bilər. Nazir danışıqların davam etdiyini və hələlik buna yekun vurmağın tez olduğunu söyləyib: “Rusiyanın icarəyə götürdüyü ərazinin həcminin ixtisarı da daxil olmaqla, müzakirələrin yekun detalları yaxın aylarda işlənib hazırlanacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş